HƏBS ETMƏK

HƏBS ETMƏK/ELƏMƏK [Sayadov:] Bizim müxbirlərdən birini həbs etmişsiniz (Ə.Qasımov); DAMA BASMAQ (dan.) Səlim: ..göz-qulaqda ol, səni dama basacaqlar (A.Şaiq); DAMLAMAQ (dan.) Həmid: Bir günahım olmayan yerdə məni damlayırsan?! (H.Abbaszadə); DUSTAQ ETMƏK Yasavul naçalnikə: Ağa, murovumuz əylisləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib (M.F.Axundzadə); HƏBSƏ ALMAQ Cahanbəxş: Müctəhid tərəfindən polis nazirinə əmr var ki, səni öldürəni həbsə almasın. Görk üçün həbsə alsa da, bu qapıdan salıb, o biri qapıdan buraxsın (Ə.Haqverdiyev); TUTMAQ Davud: Əgər Balağanın çekanın adamları tutublarsa, işi şuluqdu (H.Abbaszadə); ZİNDANLAMAQ (köhn.) Can alan, qan axıdanlar: zindanlamışıq (Ə.Nəzmi).

HƏBS ELƏMƏK
HƏBSXANA
OBASTAN VİKİ
Həbs
Həbs yaxud azadlıqdan məhrumetmə — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi. Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Həbs düşərgəsi
Həbs düşərgəsi — adətən böyük qrupları, məhkəmə olmadan həbsdə və ya cəzalı kimi saxlanılan yer. Ümumdünya insan hüquqları bəyannaməsi həbs düşərgələrinin istifadəsini məhdudlaşdırır.
Həbs orderi
Həbs orderi və ya Tutulma haqqında qərar — cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq olunan prosessual məcburiyyət tədbirini əks etdirən qərar.
Həbs yeri
Həbs yeri — tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və ya qarnizon hauptvaxtları. Böyük Britaniyada həbs yerləri əsasən polis məntəqələrində təşkil olunur. Əvvəllər bütün polis məntəqələrində cinayətkarların saxlanıla biləcəyi az sayda fərdi kameralar var idi. Hazırda isə əksər tutulmuş şəxslər məhbusların saxlanılması üçün nəzərdə tutulmuş böyük polis məntəqələrinə aparılırlar.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Auşvits həbs düşərgəsi
Auşvitz həbs düşərgəsi (alm. Konzentrationslager Auschwitz‎, pol. Obóz Koncentracyjny Auschwitz) — ikinci dünya müharibəsi və holokost zamanı nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi. Polşanın Krakov şəhərindən 60 km. qərbdə yerləşir. Bu həbs düşərgəsi Auşvitz I (əsas həbs düşərgəsi), Auşvitz II-Birkenau (məhvetmə düşərgəsi), Auşvitz III-Monovitz (işçi düşərgəsi) və 45 peyk düşərgədən ibarət idi. Auşvitz I ilk olaraq 1940-cı ilin may ayında polyak siyasi məhbusların saxlanılması məqsədilə inşa olunmuşdur. Burada ilk dəfə kütləvi məhv etmə prosesinə 1941-ci ilin sentyabrında başlanılıb. 1942-ci ilin əvvəlindən 1944-cü ilin sonlarına qədər almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilir və burada zəhərli maddə olan Siklon B vasitəsilə zəhərlənirdilər ki, bu da məhbusların kütləvi şəkildə ölməsinə səbəb olurdu. Hesablamalara görə bu düşərgədə saxlanılan 1.3 milyon nəfərdən 1.1 milyon nəfəri öldürülmüşdür.
Auşvitz həbs düşərgəsi

Ebense həbs düşərgəsi
Ebense həbs düşərgəsi (alm. Konzentrationslager Ebensee‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Avstriyada yaradılmış Nasist həbs düşərgəsi.
Ebenzee həbs düşərgəsi
Ebense həbs düşərgəsi (alm. Konzentrationslager Ebensee‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Avstriyada yaradılmış Nasist həbs düşərgəsi.
Faşist həbs düşərgələri
Faşist həbs düşərgələri — alman faşistlərinin siyasi düşmən hesab etdikləri şəxsləri və hərbi əsirləri xüsusilə sərt rejimdə saxladıqları düşərgələr. Faşist həbs düşərgələrinin məhbusları sırasına faşizm əleyhdarları, kommunistlər, həmçinin əqidəsinə, dininə, irqinə və s. görə təqib olunanlar daxil idi. İlk həbs düşərgəsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. Faşist həbs düşərgələrinin çoxu insanları kütləvi surətdə qırmaq üçün qaz kameraları, krematorilər və s. vasitələrlə təchiz edilmişdi. Faşist həbs düşərgələrində məhbuslara mənəvi, fiziki əzab və işgəncə verir, onları aclıqdan öldürür, üzərlərində müxtəlif tibbi "təcrübə"lər aparır, qaz ilə boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof və s. düşərgələr əsl ölüm fabrikləri idi. Faşist həbs düşərgələrinə düşmüş 18 mln.
Mathauzen həbs düşərgəsi
Mathauzen həbs düşərgəsi (alm. Konzentrationslager Mauthausen ‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Avstriyada yaradılmış Nasist həbs düşərgəsi.
Mauthauzen həbs düşərgəsi
Mathauzen həbs düşərgəsi (alm. Konzentrationslager Mauthausen ‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Avstriyada yaradılmış Nasist həbs düşərgəsi.
Maydanek həbs düşərgəsi
Maydanek həbs düşərgəsi (alm. Konzentrationslager Majdanek‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Nasist həbs düşərgələri
Nasist həbs düşərgələri (alm. Konzentrationslager‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniya başda olmaqla bir çox işğal olunmuş ölkələrdə yaradılan həbs düşərgələri. Belə düşərgələrə yəhudilər başda olmaqla qaraçılar və ruhi xəstələr göndərilmişlər. Nasist həbs düşərgələrinə göndərilən şəxslərin 95 %-i müxtəlif işgəncələrlə öldürülmüşdür. Məhkumların öldürülməsində qaz kameralarında boğma, xüsusi sobalarda diri-diri yandırma, iynə ilə zəhərləmə halları geniş yayılmışdır.
Noyenqam həbs düşərgəsi
Noyenqam həbs düşərgəsi (alm. Konzentrationslager Neuengamme‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın Hamburq şəhərində yaradılmış, 1938 - 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi. İkinci dünya müharibəsinin sonuna kimi düşərgədə 106 min nəfər şəxsin yarısı ölmüşdür. Britaniya ordusunun işğalı nəticəsində isə SS qoşununun saxlanılma mərkəzi kimi istifadə olunmuşdur. Həmin ərazi hal-hazırda muzey kimi fəaliyyət göstərir. Düşərgədə məhbuslardan, əsasən, alman ordusuna məxsus silahların daşınmasında istifadə olunurdu. Onlar çətin mövqelərdəki ağır işlərə göndərilib istismar olunmuşdur. Mənbələrə görə 50 min insan bunlara dözməyərək həlak olmuşdur. Qadınlar isə bina və kanalların tikintisində zorla işlədirlirdi. Təxmini, 28 millətdən olan nümayəndələr, həmçinin yerli yəhudi məhbuslar saxlanılırdı.
Noyenqamme həbs düşərgəsi

Quantanamo həbs düşərgəsi
Quantanamo həbs düşərgəsi (ing. Guantanamo Bay detention camp) — ABŞ-də yerləşən həbsxana. Kubada yerləşən Quantanamo 1903-cü ildən ABŞ-nin ixtiyarındadır. Sahəsi 115 kvadrat kilometr olan adada 2700 ABŞ hərbçisi var. Hərbi baza kimi istifadə olunur. Bu ərazi müxtəlif illərdə müxtəlif hadisələrlə yadda qalıb: 1903-cü il: ABŞ Kubadakı Quantanamo həbsxanasını ildə 4 min dollar ödəyərək kirayə götürdü. 1959-cu il: Kuba ilə Amerika arasında diplomatik əlaqələr kəsilir. Fidel Kastro ilk çeki alsa da sonrakılardan imtina etdi. ABŞ isə İsveçrədəki banklara hələ də aylıq köçürür. 2003-cü il: Qızılxaç əsrlərin psixologiyasının pozulması ilə əlaqədar bəyanat yayır.
Ravensbrük həbs düşərgəsi
Ravensbrük həbs düşərgəsi (alm. Konzentrationslager Ravensbrück‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın paytaxtı Berlin şəhərinin 85 km şimalında yaradılmış nasist həbs düşərgəsi. Ravensbrük həbs düşərgəsindən qadın məhbusların saxlanılması ücün istifadə edilmişdir. Düşərgə SS lideri Henrix Himmlerin əmrinə əsasən 1938-ci ilin noyabr ayında inşa olunmuş və inşa prosesi 1939-cu ilin may ayında yekunlaşmışdır. Ravensburyukda saxlanılan qadınların ilkin sayı 900 nəfər olmuşdur. SS-in göstərişinə əsasən Saksoniyada yaradılmış Lixtenburq qadın həbs düşərgəsi ləğv olunmuş və orada saxlanılan qadın məhbuslar Ravensburyuk həbs düşərgəsinə göndərilmişdir. 1942-ci ilin sonlarına olan məlumata əsasən düşərgədə 10 min nəfər qadın saxlanılırdı. 1945-ci ilin yanvar ayında düşərgədə saxlanılan məhkum sayısı 45 min nəfərə yüksəlmişdir.
Ravensburyuk həbs düşərgəsi

Tammisaari həbs düşərgəsi
Tammisaari düşərgəsi Finlandiyanın Ekenyas, Draqsvik bölgələrindəki həbs düşərgəsi və həbsxanadır. Bura 1918-ci il Finlandiya vətəndaş müharibəsində Ağlar tərəfindən tutulan Qırmızılar üçün tikilmişdir. Həbs düşərgəsi 1918-ci ilin mayından tutulan Qırmızıların əksəriyyətinin şərti olaraq sərbəst buraxıldığı 15 sentyabr 1918-ci ilə qədər fəaliyyət göstərmişdir. Tammisaari düşərgəsi daha sonra məhkum Qırmızılar üçün məcburi əmək düşərgəsinə çevrildi və daha sonra, 1920-ci illərin əvvəllərində siyasi məhbuslar üçün yenidən quruldu. Taamisaari düşərgəsi Finlandiya vətəndaş müharibəsi həbs düşərgələri içərisində adı ən çox çıxmış olanıdır. 1918-ci ilin may və sentyabr aylarında 8700 məhbusdan 3000-i yetərsiz qidalanma, xəstəlik və edamlardan ölmüşdü. İlk tutulan Qırmızılar 1918-ci ilin may ayının əvvəllərində Draqsvikdə Rusiya İmperator Ordusunun keçmiş kazarmalarına göndərildi. Qarşıdakı 6 ay ərzində 8,597 məhbus Tammisaaridə saxlanılırdı, bu da tutulan bütün Qırmızıların təxminən 11% demək idi. Düşərgədəki şərait dəhşətli dərəcədə pis idi: ümumi gigyena pis idi və qida tədarükündə çatışmazlıq var idi. Dustaqlar düzgün qidalanmadıqları üçün və iyul ayında Finlandiyada başlayan İspan qripi də daxil olmaqla, müxtəlif xəstəliklərdən ölürdü.
Terezienştad həbs düşərgəsi
Terezienştadt həbs düşərgəsi (alm. Lager Theresienstadt‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Çexiyanın Terezien yaradılmış Nasist həbs düşərgəsi.
Terezienştadt həbs düşərgəsi
Terezienştadt həbs düşərgəsi (alm. Lager Theresienstadt‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Çexiyanın Terezien yaradılmış Nasist həbs düşərgəsi.
Zaksenhauzen həbs düşərgəsi
Zaksenhauzen həbs düşərgəsi (alm. Konzentrationslager Sachsenhausen‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın paytaxtı Berlin şəhərində yaradılmış, 1936–1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi. Zaksenhauzen düşərgəsi Üçüncü Reyx tərəfindən yaradılan həbs düşərgələrinin idarə mərkəzi olmuşdur. SS birləşmələrinində əsas təlim bazalarınan olan Zaksenhauzen həbs düşərgəsi digərlərinə nisbətən daim daha çox önəmə sahib olmuşdur. 1936-cı ildə yaradılan düşərgədə, müxətlif növ kabinalar və işgəncə otaqları vardı burada İndustie Zentrum adlanan və yalnız xüsusi həkimlərin bıraxıldığı əməliyyat mərkəzləri vardı. Burada məhbuslar üzərində müəyyən təcrübələr aparılır, onların işgəncələrə hansı şəkildə dözümlü olmaları yoxlanılırdı. Zaksenhauzendə qaz kameraları vasitəsilə minlərlə insan öldürülmüşdür. Zaksenhauzen həbs düşərgəsinin girişində alman dilində Arbeit Macht Frei (işləmək azadlıq gətirir) cümləsi yazılmışdır. 2 may, 1945-ci ildə SSRİ ordusu tərəfindən azad edilən həbs düşərgəsində, 200 mindən çox insan saxlanılmış və onlardan 100 mini müxtəlif xəstəliklərdən vəfat etmişdir. Məhkumlar əsasən düzgün qidalanmama, vərəm və dondurucu şaxtalar səbəbindən vəfat edirdilər.

Digər lüğətlərdə